2016-ci ildə görülmüş işlərin yekununa dair hesabat

28 aprel 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında AMEA İnstitutlarının 2016-cı il ərzində gördüyü işlərin yekun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda AMEA Hüquq və İnsan Haqları İnstitutunun kitab stendi, video çarxı da öz əksini tapmışdır.

İnstitutun 2016-cı ildə gördüyü işlər:

2016-cı ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 1 istiqamət, 6 problem, 15 mövzu, 18 iş və 18 mərhələ üzrə araşdırmalar aparılmışdır. Hesabat dövründə İnstitutun elmi işçiləri tərəfindən 5 kitab, 4 monoqrafiya, 40 məqalə, 19 tezis, xarici nəşrlərdə isə 6 məqalə çap olunmuş, bunlardan əlavə, elmi-kütləvi nəşrlərdə 10-dan çox müsahibə və məqalələr yerləşdirilmişdir.

Hazırda institutda fəlsəfə doktoru hazırlığı üzrə 8 əyani, 6 qiyabi doktorant, 13 dissertant təhsil alır. Eyni zamanda, 5 nəfər elmlər doktoru proqramı üzrə müstəqil olaraq dissertasiya üzərində işləyir.

2016-cı ildə İnstitutda 4 ixtisas üzrə 5 nəfər yeni doktorant və 4 nəfər dissertant və 1 magistrant qəbul edilmişdir.

Hesabat dövründə İnstitutun iclaslarında 5 dissertantın dissertasiya işləri ilkin müzakirədən keçib, onlar müvafiq elmi dərəcə almaq üçün dissertasiyalarının müdafiəsini gözləyirlər, 1 dissertantın isə müdafiəsi keçirilmişdir.

Bununla yanaşı İnstitutda bir sıra elmi-praktik konfranslar, seminarlar, təqdimatlar və bir sıra tədbirlər keçirilmişdi.

2016-cı ilin hesabat dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Rusiya-Azərbaycan: əlverişli mühitdən inklüziv cəmiyyətə doğru”, “Saxta erməni soyqırımının növbəti ifşası”, “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri”, “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz-üzə”, “Həsrət yolu” Əsir və Girovlara Kömək İB AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması (I mərhələ)” layihəsi çərçivəsində görülən işlərin yekun təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilmişdir.

07 mart 2016-cı ildə Hüquq və İnsan Haqları İnstitutu “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda Beynəlxalq konfrans, 05-06 may tarixlərdə isə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar, “3 dekabr Beynəlxalq Əlillər günü” münasibətilə tədbir, “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabının elektron variantının və AR Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Hüquq və İnsan Haqları İnstitutu ilə birgə elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində elmi tədqiqatın yekun təqdimatını keçirmişdir.

Hesabat dövründə İnstitutda müxtəlif ali məktəblərin BDU-nun, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADU-nun bakalavr və magistr tələbələri istehsalat təcrübəsi keçiblər. Sonda tələbələrin təcrübə müddətlərinin yekununa dair hesabat xarakterli seminar keçirilmişdir.

 

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ