Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda elmi konfrans

 

2011-ci il iyulun 19-da AMEA İnsan Hüquqları İnstitutunda «Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bu qəbildən olan tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir. A.Mustafayevanın sözlərinə görə, hər bir cəmiyyətdə, o cümlədən də müasir qloballaşan cəmiyyətdə din ilə bağlı məsələlər əsas insan hüquqlarından biri olan sərbəst düşüncə, vicdan və din azadlığı hüququ  (İnsan hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsi) təmsil etməklə daim diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, din və ictimai təhlükəsizlik mövzusu respublika hökumətinin, Heydər Əliyev Fondunun fəaliyyətində önəmli yer tutur. Fondun həyata keçirdiyi kompleks beynəlxalq tədbirlərdə vurğulanır ki, müstəqil Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya örnək ola bilər.

 

Tədbirdə AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor, islamşünas alim Əsədulla Qurbanov «Din və ictimai təhlükəsizliyin aktual məsələləri» mövzusunda çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycanda dinşünaslıq elminin inkişafı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu istiqamətdə bir sıra hüquqi dövlət aktlarına imza atmış, sözü gedən sahədə elmin inkişaf perspektivlərini müəyyənləşdirmiş və qarşıya bir sıra məsul vəzifələr qoymuşdur.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin «Dini təhlükəsizliyin hüquqi aspektləri» mövzusunda çıxışında ictimai təhlükəsizliyin müxtəlif tərəf və istiqamətlərinə toxunuldu. Hər bir problemin müsbət həllinin elmi, siyasi və hüquqi əsasları var. Burada daha çox hüquqi aspekt ön plana çəkilməlidir. Məruzəçi Azərbaycan Konstitusiyasının müvafiq maddələrindən ətraflı bəhs edərək,  İnsan hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsinin ikinci bəndinə istinad etdi. Burada qeyd olunur ki, «Öz dininə, yaxud əqidəsinə etiqad etmək azadlığı yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər və demokratik cəmiyyətlərdə ictimai təhlükəsizliyin maraqları baxımından, ictimai asayişin, digər şəxslərin sağlamlığının, mənəviyyatının və ya hüquq və azadlıqlarının qorunması məqsədilə zəruridir».

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ