Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir

2012-ci il fevralın 17-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir” mövzusunda elmi sessiya keçirilmişdir. Sessiyada 26 fevral 1992-ci il – XX əsrin ən ağır cinayəti sayılan Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş «Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırım kimi qiymətləndirilir» adlı həmçinin ingilis, rus, alman və fransız dillərində nəşr edilmiş kitabın təqdimatı keçirilmişdir.

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində

2011-ci il martın 29-da AMEA-nın İnsan Hüquqları İnstitutunda «1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanda Vəkillik İnstitutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarinin səmərəliliyinin artirilmasi

2011-ci il noyabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və təşkilatın Bakı ofisi ilə birgə «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri

2011-ci il oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş «İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri» mövzusunda beynəlxalq elmi-konfrans keçirilmişdir.

Azərbaycanin dövlətçilik tarixində Azərbaycan xalq cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu

2011-ci il mayın 5-də AMEA-nın İnsan Hüquqları İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 93 illiyi münasibətilə «Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu» mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Qafqaz evi və ermənilər

Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “Müasir İnkişaf” İctimai Birliyi, Azərbaycan Qadın Jurnalistləri Assosiasiyası, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin təşkilatçılığı, “Trend” İnformasiya Agentliyinin informasiya dəstəyi ilə “Qafqaz Evi və ermənilər” adlı konfrans keçirilmişdir.

Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda elmi konfrans

2011-ci il iyulun 19-da AMEA İnsan Hüquqları İnstitutunda «Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bu qəbildən olan tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir.

“Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda İnsan Hüquqları İnstitutunun BDU-da prezentasiyası

Bioetikanın yaranması hər şeydən öncə, çağdaş təbabətin texnoloji cəhətdən yenidən təchiz olunmasında baş verən böyük dəyişikliklərlə, tibbi-kliniki praktikadakı nəhəng yeniliklərlə şərtlənmişdir. Bu isə gen mühəndisliyi, orqanların transplantasiyası, biotexnologiyalar, pasiyentin həyatının saxlanılması kimi sahələrdə olan uğurlarda öz əksini tapmışdır.

YUNESKO-nun 18-ci sessiyası Bakıda keçirilmişdir

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci il mayın 31-dən iyunun 2-dək Bakıda YUNESKO-nun Bioetika üzrə Komitəsinin XVIII sessiyası keçirilmişdir.

Nəşrlər

Müsahibələr

  • “1918-ci ilin mart soyqırımı və yəhudilər”

    Ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırım siyasətini tətbiq etmişlər.Bu siyasətin qurbanları sırasında qədim dövrlərdə […]

  • “NATO-NUN AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLI OLMASI OBYEKTİV ƏSASLARA SÖYKƏNİR”

    ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer ölkəmizin NATO-nun vacib və etibarlı tərəfdaşı olduğunu deyib. Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyini vurğulayan səfir bildirib ki, rəsmi Bakı […]