Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində

2013-cü il iyulun 1-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin təşkilatçıları İnsan Hüquqları İnstitutu və Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası idi.

Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi

2013-cü il aprelin 4-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. İnstitutun yaradılmasının 15 illiyinə həsr olunan tədbirin məqsədi müasir dünyada insan hüquqlarının qorunması kontekstində soyqırımı reallıqlarının hüquqi və siyasi aspektlərinin beynəlxalq, regional və milli hüquqi sənədlərdə dəyərləndirilməsi idi.

Kamal Makili-Əliyevin “Влияние международного права прав человека на национальные отрасли конституционного права” (“İnsan hüquqları beynəlxalq hüququnun konstitusiya hüququnun milli sahələrinə təsiri”) kitabının təqdimat mərasimi

2013-ci il yanvarın 18-də AMEA-nın İnsan Hüquqları İnstitutunda insan hüquqları sahəsində yeni elmi nəşrin təqdimat mərasimi keçirilmişdir. Bu mərasim İnstitutun fəaliyyətə başlamasının 15 illiyi çərçivəsində ilk tədbir idi. Bu dəfə Moldova Elmlər Akademiyasında nəşr olunmuş İnstitutun Elmi Şurasının üzvü, Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Kamal Makili-Əliyevin “Влияние международного права прав человека на национальные отрасли конституционного права” (“İnsan hüquqları beynəlxalq hüququnun konstitusiya hüququnun milli sahələrinə təsiri”) kitabı müzakirə olunmuşdur.

Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə

2012-ci il noyabrın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, AMEA–nın İnsan Hüquqları üzrə Elmi–Tədqiqat İnstitutunun və Polis Akademiyasının birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Milli Təhlükəsizlik Nazirliyinin akademiyasının, Ədliyyə akademiyasının, Fövqəladə Hallar Nazirliyinin akademiyasının, Baş Prokurorluğun, Konstitusiya Məhkəməsinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Din və etiqad azadliği: hüquqi, siyasi və ictimai aspektlər

2012-ci il noyabrın 14-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda beynəlxalq tərkibli respublika konfransı keçirilmişdir. Din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirmək məqsədi daşıyan tədbirin təşkilatçıları İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi idi.

“Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1 bəndinin icrası”

2012-ci il sentyabrın 25-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1 bəndinin icrası”nın müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dəymiş iqtisadi zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı

2012-ci il mayın 31-də AMEA-nın İnsan Hüquqları İnstitutunda «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dəymiş iqtisadi zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan və YUNESKO 20 il: davamlı inkişaf naminə təhsil

İyunun 4-də Bakıdakı “Hilton” hotelində AMEA-nın İnsan Hüquqları İnstitutu, YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun birgə təşkilatçılığı ilə “Azərbaycan və YUNESKO 20 il: davamlı inkişaf naminə təhsil” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Nəşrlər

Müsahibələr