HAKİMLƏR ÜÇÜN AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINA DAİR SEMİNAR

22 sentyabr 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Almaniya Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondunun (IRZ) birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair seminar keçirilmişdir.

“Qonaq elmi işçilərin mübadiəsi proqramı”nın elmi araşdırmaları insan hüquqları institutunda

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.

NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər.

5 avqust 2014-cü ildə AMEA İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılıqları ilə “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Тədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniell Kristian Çiobanu açmışlar.

“Leyla Əliyeva!: “Xocalıya Ədalət!” (beynəlxalq erməni terroruna qarşı yeni strateji model) üç cildliyin təqdimatı

20 iyun 2014-cü il tarixdə “Four Seasons” hotelində AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin, “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi keçirilmişdir.

“QAFQAZ ALBANİYASININ TARİXİ VƏ MƏDƏNİ İRSİ İNSAN HÜQUQLARI KONTEKSTİNDƏ” BEYNƏLXALQ KONFRANS

10 iyun 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

“Şamaxi 100 il “tam məxfi qrif”i altında” kitabının təqdimatı

1 may 2014-cü il saat 11.00-da AMEA İnsan Hüquqları İnstitutunun binasında “Şamaxı 100 il “tam məxfi qrif”i altında” kitabının təqdimat mərasimi keçirilmişdir. AMEA İnsan Hüquqları İnstitutu tərəfindən hazırlanmış və çap olunmuş bu kitab 1918-ci ildə erməni terrorçularının Şamaxıda törətdikləri cinayətlərin, Şamaxı haqqında unudulmuş hadisələrin, məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin əsasında nəşr olunmuşdur. Bu kitabda şamaxılılara, bütün Azərbaycana məlum olmayan fakt və sənədlər öz əksini tapıb.

2013-CÜ İLİN YEKUN İCLASINA DAİR YIĞINCAQ

18 aprel 2014-cü il saat 10.00-da AMEA-nın əsas binasında elmi-tədqiqatla məşğul olan institut və müəssisələrin 2013-cü il ərzində görülmüş işlərin yekununa dair hesabat xarakterli illik iclası keçirilmişdir. Tədbirin ilk bir saatı boyunca institutların hazırladığı il ərzində görülən işlərə həsr olunmuş sərgiyə baxış keçirilmişdir. Bu zaman kəsiyində hər bir elmi müəssisə hazırladığı slaydı (görülmüş işlərin elektron variantı) tədbir iştirakçılarına təqdim etmişdir. Sərgidə, eyni zamanda elmi tədqiqat işlərinin məhsulu olan nəşrlər də nümayiş olunmuşdur. İllik hesabatda AMEA İnsan Hüquqları İnstitutu da 2013-cü il ərzində gördüyü işləri şifahi və slayd şəklində təqdim etmiş, elmi-tədqiqat işlərini, onların planları haqqında olan seminar və müzakirələri, konfrans materiallarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

“ANTİKORRUPSİYA SİYASƏTİ DÖVLƏTİN DAVAMLI İRADƏSİDİR” KİTABININ TƏQDİMATЫ

2014-cü il fevralın 19-da AMEA-nın İnsan Hüquqları İnstitutunun yeni nəşri – “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimat mərasimi keçirilmişdir. Bu elmi araşdırmanın müəllifləri tarix elmləri doktoru, professor Namiq Axundov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadədir. Kitab Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icra edilməsi istiqamətində növbəti əhəmiyyətli addım olaraq, Azərbaycanda korrupsiyaya qarşı dayanıqlı mübarizə problemlərinə həsr edilmişdir.

Nəşrlər

Müsahibələr