Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı giriş nitqi ilə İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq, son dövrlərdə əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlığının qorunması, vətəndaşların səhiyyə və tibbi fəaliyyət sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı münasibətlərin sürətli inkişafı, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktullasması nəticəsində İnstitutda Tibb hüququ kursuhazırlanmış və hüquq elminə yeni tövhə verdiyini bildirmişdir.