“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda mühazirə

                               “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi”  mövzusunda mühazirə

25 aprel 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Aidə Bəndəliyeva Suraxanı rayonu 232 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda mühazirə keçmişdir. A.Bəndəliyeva cəmiyyətdə insanların yaxşı yaşaması, rifah halının yaxşılaşdırılması üçün lazımi istiqamətləri şagirdlərin diqqətinə çatdırmışdır. Bundan başqa o, sağlamlığın hər şeydən önəmli olduğunu, qida risklərinin artdığını, xəstəliklə mübarizədə düzgün rejimin qurulmasının və eləcə də, idmanın insan həyatındakı rolunun vacibliyini qeyd etmişdi. Həmçinin ekosistemin pozulmasından, xüsusilə bitkilərin geninin dəyişdirilməsindən və geni dəyişdirilmiş qidaların insanın həyat və sağlamlığına ziyanları haqqında geniş məlumat vermiş, GMO məhsullarından nəzarətsiz istifadənin gözlənilməz nəticələrə gətirib çıxartdığını - allergiya, sonsuzluq, immun sisteminin zəifləməsi, genetik xəstəliklər tezliyinin artmasını, xərçəng xəstəliyinə meyilliliyin artması risklərinin əsas səbəblərindən olduğunu  vurğulamışdır.

Mühazirə zamanı GMO haqqında slayd təqdimat nümayiş etdirilmişdir. Sonda isə 232 saylı məktəbin 7-ci sinif şagirdi Əliyeva Türkanə GMO haqqında araşdırdığı məlumatlarla çıxış etmişdir.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ