Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir

Tədbiri açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Xocalı soyqırımınıninsanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu göstərmiş və bu cinayət hadisəsi haqqında obyektiv məlumatların bütündünya ictimaiyyətinə yetərincə çatdırılmasınınvacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu cinayət aktı barədə müxtəlif səviyyələrdə çox danışılır, tədbirlər keçirilir, müvafiq nəşrlər buraxılır, müzakirələr aparılır. Lakin Xocalı hadisələrinə hüquqi cəhətdən qiymət vermək daha önəmlidir. Belə bir qiymət ona görə önəmlidir ki, beynəlxalq ictimaiyyət və  nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu cinayət aktına soyqırım kimi qiymət verilməsinə, bu hadisənin soyqırım kimi tanınmasına kömək edə bilər. Başqa sözlə, biz müxtəlif səpkili və istiqamətli fəaliyyətimizlə beynəlxalq aləmi Xocalı hadisələrinə soyqırım kimi qiymət verməsinə hazırlamalı və buna nail olmalıyıq.

Xocalı soyqırımının 20 illiyinə həsr olunan hazırkı nəşrin əhəmiyyətindən danışan A.Mustafayeva «Xocalı faciəsi» kitabının məhz bu baxımdan böyük önəm daşıdığını vurğulamışdır. Kitabda Xocalı soyqırımınınbeynəlxalqcinayətkimihüquqisəciyyələrivə əsasları göstərilir, Xocalı əhalisiolanetnikazərbaycanlılaraqarşı törədilmiş bütünəməllərbeynəlxalqhüquqsənədlərinə uyğunolaraq“soyqırım” kimiqiymətləndirilirvə beynəlxalqhüquqprinsiplərinə əsasən cinayətsayılır. 4 dildə təqdim edilən hüquqi sənədlər beynəlxalq qurumlara ünvanlanmışdır ki, bu da kitabın dəyərini və vacibliyini daha da artırır.

Tədbirdə mövzu ilə bağlı çıxış və müzakirələr aparılmış, mütəxəssislər öz fikir və rəylərini bildirmişlər.Qeyd edilmişdir ki, erməni yalanlarının həqiqət kimi qələmə verildiyi və «siyasi» müzakirələrə çıxarıldığı hazırkı vaxtda həqiqət yükünü sənədlərə, faktlara, dəlillərə  əsaslanmaqla özündə daşıyan elmi araşdırmalarımız və bu cür nəşrlərimiz daha çox olmalıdır.

Tədbirdə  Milli Məclisin deputatları, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ