İnstitutun Azərbaycan Respublikası DİN-in Polis Akademiyası ilə birgə keçirtdiyi Dəyirmi Masa

 

 

Aprelin 18-də Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçıları AMEA-nın İnsan Hüquqları İnstitutu və Azərbaycan Respublikası DİN-in Polis Akademiyası idi.

Toplantını Polis Akademiyasının rektoru, polis general-mayoru Nazim Əliyev açaraq, tədbir iştirakçılarına akademiyanın İnsan hüquqları kafedrasının fəaliyyəti, insan hüquqlarına riayət və hörmət edilməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq Daxili İşlər Nazirliyi əməkdaşlarının bundan sonrakı fəaliyyəti üçün bu sahədə biliklərin əhəmiyyəti və rolu barədə məlumat verdi. “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən danışan natiq onun icrasının bütün aidiyyəti strukturların prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, MFP-yə uyğun olaraq Polis Akademiyasında görüləcək işlər akademiya müdavimlərinin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Milli Fəaliyyət Proqramında dövlət strukturlarının üzərinə qoyulan vəzifələrin mühümlüyündən bəhs etdi. Həmçinin, Azərbaycan Respublikasının müstəqilliyinin ilk onilliyindən etibarən ölkə rəhbərliyi tərəfindən cəmiyyətin bu mühüm və vacib sahəsinə həm qanunvericilik və elmi, həm də maarifçilik sahəsində xüsusi diqqət göstərildiyini qeyd etdi. Belə ki, həmin dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafı üzrə ilk sənədlər imzalanmışdı. Demokratik dövlət quruculuğu yolu ilə gedən respublikada həyatın bütün sahələrində insan hüquqları dünyanın hər bir yerində olduğu kimi, irəliyə doğru inkişafdadır. Ölkədə qanunverici, hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirlməsi üçün müvafiq islahatlar aparılmaqdadır. A.Mustafayeva dövlət başçısı tərəfindən -  27 dekabr 2011-ci il tarixli Sərəncamla sayca artıq ikinci MFP olan “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına diqqət göstərildiyini xüsusi vurğuladı. Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə dəqiqləşmələr, onların yerinə yetirilmə müddətləri və icralarına görə məsuliyyət daşıyan təşkilatlar, dövlət strukturları barədə müddəalar onun əhəmiyyətini daha da artırır.

Dəyirmi masada AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini, professor Vüqar Məmmədov “Milli Fəaliyyət Proqramının icrası üzrə İnsan Hüquqları İnstitutunun fəaliyyət perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışının birinci hissəsində o, İnstitutun ölkə prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 9 bəndi üzrə icra orqanı olduğunu qeyd etdi. Prof.Məmmədov institut tərəfindən bu bəndlərin hər biri üzrə icra planlarından ayrıca bəhs etdi. Daha sonra məruzəsinin ikinci hissəsində o, iştirakçılara Planın 4.3 bəndində xüsusi olaraq göstərilən beynəlxalq bəyannamələrin – BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş İnsan hüquqları sahəsində təhsil və maarifçilik Proqramı; YUNESKO-nun keçirdiyi Davamlı inkişaf üzrə təhsil Dekadası – mahiyyətini  açıqladı.

Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, Azərbaycan Respublikası Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü Ceyhun Süleymanov ”Polis Akademiyasında insan hüquqlarının tədrisi sahəsində görülən işlər”lə bağlı çıxış etdi.Tədbirdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova, Dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlardan Rəfail Cəbrayılov, İlyas İsmayılov, Çingiz Qənizadə, Xanhüseyn Kazımlı, eləcə də Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müxtəlif məsələləri üzrə çıxış etdilər.

Aprelin 18-də Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçıları AMEA-nın İnsan Hüquqları İnstitutu və Azərbaycan Respublikası DİN-in Polis Akademiyası idi.
Toplantını Polis Akademiyasının rektoru, polis general-mayoru Nazim Əliyev açaraq, tədbir iştirakçılarına akademiyanın İnsan hüquqları kafedrasının fəaliyyəti, insan hüquqlarına riayət və hörmət edilməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq Daxili İşlər Nazirliyi əməkdaşlarının bundan sonrakı fəaliyyəti üçün bu sahədə biliklərin əhəmiyyəti və rolu barədə məlumat verdi. “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən danışan natiq onun icrasının bütün aidiyyəti strukturların prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, MFP-yə uyğun olaraq Polis Akademiyasında görüləcək işlər akademiya müdavimlərinin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Milli Fəaliyyət Proqramında dövlət strukturlarının üzərinə qoyulan vəzifələrin mühümlüyündən bəhs etdi. Həmçinin, Azərbaycan Respublikasının müstəqilliyinin ilk onilliyindən etibarən ölkə rəhbərliyi tərəfindən cəmiyyətin bu mühüm və vacib sahəsinə həm qanunvericilik və elmi, həm də maarifçilik sahəsində xüsusi diqqət göstərildiyini qeyd etdi. Belə ki, həmin dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafı üzrə ilk sənədlər imzalanmışdı. Demokratik dövlət quruculuğu yolu ilə gedən respublikada həyatın bütün sahələrində insan hüquqları dünyanın hər bir yerində olduğu kimi, irəliyə doğru inkişafdadır. Ölkədə qanunverici, hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirlməsi üçün müvafiq islahatlar aparılmaqdadır. A.Mustafayeva dövlət başçısı tərəfindən -  27 dekabr 2011-ci il tarixli Sərəncamla sayca artıq ikinci MFP olan “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına diqqət göstərildiyini xüsusi vurğuladı. Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə dəqiqləşmələr, onların yerinə yetirilmə müddətləri və icralarına görə məsuliyyət daşıyan təşkilatlar, dövlət strukturları barədə müddəalar onun əhəmiyyətini daha da artırır. 
Dəyirmi masada AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini, professor Vüqar Məmmədov “Milli Fəaliyyət Proqramının icrası üzrə İnsan Hüquqları İnstitutunun fəaliyyət perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışının birinci hissəsində o, İnstitutun ölkə prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 9 bəndi üzrə icra orqanı olduğunu qeyd etdi. Prof.Məmmədov institut tərəfindən bu bəndlərin hər biri üzrə icra planlarından ayrıca bəhs etdi. Daha sonra məruzəsinin ikinci hissəsində o, iştirakçılara Planın 4.3 bəndində xüsusi olaraq göstərilən beynəlxalq bəyannamələrin – BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş İnsan hüquqları sahəsində təhsil və maarifçilik Proqramı; YUNESKO-nun keçirdiyi Davamlı inkişaf üzrə təhsil Dekadası – mahiyyətini  açıqladı.
Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, Azərbaycan Respublikası Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü Ceyhun Süleymanov ”Polis Akademiyasında insan hüquqlarının tədrisi sahəsində görülən işlər”lə bağlı çıxış etdi. 
Tədbirdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova, Dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlardan Rəfail Cəbrayılov, İlyas İsmayılov, Çingiz Qənizadə, Xanhüseyn Kazımlı, eləcə də Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müxtəlif məsələləri üzrə çıxış etdilər.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ