Heydər Əliyev və Gənclik

Bu gün  Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmin Nazirliyin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin və 1 saylı Bakı Tibb Kollecinin birgə təşkilatçılığı ilə 1 saylı Bakı Tibb Kollecində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümə həsr edilmiş “Heydər Əliyev və Gənclik” mövzusunda Konfrans keçirilib.
 
Konfransı 1 saylı Bakı Tibb Kollecinin  direktoru cənab  Nəriman Mövsümov açaraq çıxış üçün sözü, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Ayxan Rüstəmzadəyə verdi.  Hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadə Hüquq və İnsan Haqları İnstitunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən xanım Mustafazadənin salamını tədbir iştirakçılarına çatdıraraq  Heydər Əliyevin Azərbaycan Respublikası və Gəncliyi üçün gördüyü islahatlardan, o cümlədən, ölkənin  Birinci Vitse-Prezidenti, xanım Mehriban Əliyevanın əlillərlə bağlı gördüyü işlərdən, islahatlardan danışdı.  Həmçinin, 1 saylı Bakı Tibb Kollecinin  nailliyyətlərindən biri kimi Kollecdə əlillərlə bağlı xüsusi qrupun olmasını təqdiralayiq hesab etdi.
 
Növbəti çıxışçı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı xanım Aidə Bəndəliyeva Heydər Əliyevin həyat yolundan və ölkənin müstəqilliyi üçün gördüyü işlərdən danışdı.
 
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı  Zöhrə xanım Əsgərova  və 1 saylı Bakı Tibb Kollecinin  Konfransda iştirak edən  kollektivi mövzu ilə əlaqədar çıxışlar etdilər. 

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ