Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)

 

Mayın 11-də Badamdar qəsəbəsindəki «Kempinski-Badamdar» otelində «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediyanın ingilis variantının təqdimat mərasimi keçirilmişdir. Tədbirin təşkilatçıları AMEA İnsan Hüquqları İnstitutu və Siyasi Maarifləndirmə İctimai Birliyidir. Mərasim Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuşdur.
Tədbiri açan Siyasi Maarifləndirmə İctimai Birliyinin sədri Mehman İsmayılov bildirdi ki, AMEA İnsan Hüquqları İnstitutu tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və ərazilərimizin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq Azərbaycan barədə həqiqətləri bütün dünyaya çatdırmaq və erməni faşizminin gerçək üzünü açmaq məqsədilə hələ 2002-2003-cü illərdə rus və Azərbaycan dillərində «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediya hazırlanmış və dərc edilmişdir. Mərhum alim, siyasi elmlər doktoru Rövşən Mustafayevin rəhbərliyi və elmi redaktorluğu altında toplanan təkzibolunmaz faktlar beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq istiqamətində mühüm əhəmiyyət daşıyan bu nəşrin əsasını təşkil etməklə, beynəlxalq aləmdə böyük rezonans doğurmuşdur. M.İsmayılovun sözlərinə görə, kitab ideoloji baxımdan çox güclü təsir vasitəsi olaraq dünyanın aparıcı kitabxanalarına daxil edildiyindən təbii ki, ermənilər tərəfindən narazılıqla qəbul edildi. Belə bir nəşrin ingilisdilli auditoriyaya çatdırılmasının əhəmiyyətini dərk edərək biz onu ingilis dilinə tərcümə etdik.
Daha sonra AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva çıxış etdi və bildirdi ki, ermənilər təkcə türklərə və azərbaycanlılara qarşı deyil, habelə əksər dünya xalqlarına qarşı da mütəmadi olaraq terror tətbiq etmişlər. Ensiklopediyada özünü "məzlum millət" kimi göstərməyə çalışan ermənilərin həmişə amansız terrora üstünlük verdikləri faktlar və rəqəmlərlə sübuta yetirilmiş, ilk dəfə olaraq ensiklopediya formasında və xronoloji ardıcıllıqla erməni terror təşkilatlarının dünyanın müxtəlif regionlarında dinc insanlara qarşı həyata keçirdikləri terror aktları barədə qısa məlumat verilmişdir. Qeyd etdi ki, AMEA İnsan Hüquqları İnstitutu adı çəkilən ensiklopediyanın daha geniş miqyasda yayılmasının əhəmiyyətini dərk edərək «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediyanın ingilis variantının Siyasi Maarifləndirmə İctimai Birliyi tərəfindən hazırlanmasını və nəşr edilməsini yüksək qiymətləndirmiş və bu işə bütün lazımi dəstəyi göstərmişdir. A.Mustafayevanın sözlərinə görə, təxminən 10 il əvvəl Azərbaycan və rus dillərində geniş yayılan nəşrin bu gün ingilis dilində də işıq üzü görməsi görülən işin əhəmiyyətini daha da artırır.
Mərasimdə Milli Məclisin deputatlarından Qənirə Paşayeva, Elman Məmmədov…………………………………………………………Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəis müavini Maarif Teymurov, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov və digər natiqlər «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediyanın ingilis variantının nəşrini vaxtında atılmış addım hesab etdilər və nəşrin gerçək məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox böyük dəyər və önəm kəsb etdiyini vurğuladılar
Ensiklopediyanın təqdimat mərasimində məktəb şagirdlərinin çəkdikləri müharibə uşaqların gözü ilə bağlı rəsm əsərləri nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ