Qafqaz evi və ermənilər

Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “Müasir İnkişaf” İctimai Birliyi, Azərbaycan Qadın Jurnalistləri Assosiasiyası, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin təşkilatçılığı, “Trend” İnformasiya Agentliyinin informasiya dəstəyi ilə “Qafqaz Evi və ermənilər” adlı konfrans keçirilmişdir.

Əsrlər boyu Qafqaz xalqları dinc və yanaşı yaşamışlar. Burada yaşayan xalqlar Qafqazı özlərinin ümumi evi bilərək sabitliyin, əmin-amanlığın qorunması üçün əllərindən gələni əsirgəməmişlər. Xüsusən, Azərbaycan və Gürcüstan xalqlarının tarixi dostluq, mehriban qonşuluq əlaqələri olmuşdur.

Konfransda qeyd edilmişdir ki, hay tayfaları (indiki ermənilər) Cənubi Qafqaza iki əsrə yaxın bundan əvvəl gəldikdən sonra bu regionda millətlərarası sabitliyi pozmuş, Cənubi Qafqazın tarixən multimədəni, multietnik və multikonfessional ailəsinə qeyri-sabitlik gətirmişlər. Qafqaz xalqlarının genetik yaddaşında həmişə başqa millətlərə hörmət, başqa mədəniyyətlərə diqqət və maraq, mehriban qonşuluq prinsiplərinə riayət olunması öz əksini tapmışdır. Burada məskunlaşan xalqlar arasında heç vaxt torpaq iddiası və bu zəmində düşmənçilik olmamışdır.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ