“Beynəlxalq terrorizm və onunla müasir şəraitdə mübarizə” mövzusunda Beynəlxalq konfrans keçirildi

08 oktyabr 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dəniz regionu Hüquqşünaslar Asossiasiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və onunla müasir şəraitdə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri Assosiasiyanın prezidenti, hüquq elmləri doktoru İlham Rəhimov açaraq beynəlxalq terrorizmin bəşəriyyətə meydan oxuyan təhlükə olduğunu bildirmiş, eyni zamanda o, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəminə toxunmuş və bu məsələdə hüquqşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.

Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə çıxış edərək terrorizmin XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərinin başlıca problemlərindən biri olduğunu və bu problemlə mübarizə aparmağın çətin olduğunu, Azərbaycanın 30 ilə yaxın müddətdir ki, terrorizm təhlükəsinə məruz qaldığını diqqətə çatdırmışdır. A.Mustafazadə Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT-nin 4 qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi sənədlərin qəbul olunduğunu, lakin Ermənistanın bunların heç birinə məhəl qoymadığını qonaqların və tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də Rusiya, Belarus, Ukrayna, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Yunanıstan və digər ölkələrdən nüfuzlu hüquqşünasları iştirak ediblər.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ