Şəxsiyyət fenomeni: İlham Əliyev – Dünya miqyaslı siyasətçi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “Şəxsiyyət fenomeni: İlham Əliyev – dünya miqyaslı siyasətçi” adlı konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, diplomatik korpusların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Azərbaycan, Rusiya və Türkiyədən olan alimlər, siyasətçilər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə çıxışında bildirdi ki, 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən aparılan siyasi, beynəlxalq əlaqələrdə, beynəlxalq təşkilatlarda titanik səylər, ordu quruculuğu sahəsində, iqtisadi inkişafın təmin olunması, Azərbaycanın dünyada tanınması, ölkənin imicinin qaldırılması istiqamətində işlər görüldü. Transmilli strateji layihələrin həyata keçirilməsi, Azərbaycanın logistik mərkəzə çevrilməsi, Azərbaycan tərəfindən Avropa-Asiya körpüsünün yaradılması - bunlar hamısı cənab Prezidentimiz tərəfindən düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu 44 günlük zəfər yürüşünə aparan yolun təməli olmuşdur.
Məhz virtuoz siyasətçi, diplomat, qlobal düşüncəyə malik böyük şəxsiyyət olan ölkə rəhbəri İlham Əliyev bu yolu keçərək və qələbəni əldə edərək, fenomenal strateji gələcəyə aparan yol xəritəsini düşünmüş və bu artıq həyata keçirilməkdədir.
3+3 formulunu səsləndirməklə, təkcə region üçün deyil, qitələr arasında möhkəm iqtisadi bağlantılar yaradır.
Baş direktor ölkə prezidentinin dünya miqyaslı siyasətçi olaraq, aralarında ziddiyyət olan ölkələri də birləşdirməyi bacardığını, iqtisadi maraqları üstün tutaraq, möhkəm birliklərə nail olduğunu qeyd edərək, uzaqgörən siyasətçi olan İlham Əliyevin dünyada baş verən ayrı-seçkiliyi aradan götürmək naminə Qoşulmama Hərəkatında olan ölkələrlə ikitərəfli münasibətlər quraraq təşkilatda böyük nüfuz qazandığını vurğulayıb.
Aytən Mustafazadə Türk dövlətləri təşkilatında Azərbaycanın müstəsna rolunun da məhz İlham Əliyevin nüfuzu və siyasi məharəti hesabına olduğunu, bu təşkilatın dünyada eşidilən bir birliyə çevrilməsinə öz töhfəsini verdiyini qeyd etdi.
Digər tədbir iştirakçılarından AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Sevil Mikayılova Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət və lider keyfiyyətlərindən, Azərbaycanın sürətli inkişafının təmin olunması ilə bağlı fəaliyyətindən ətraflı bəhs ediblər.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ