“Professor Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimetmə mərasimi keçirildi

30 yanvar 2020-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R. Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1993-cü ildə ilk dəfə respublikada yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə yaradılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. O, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının qurucusu və baş redaktoru kimi fəaliyyət göstərmişdir.
“Prof. R. Mustafayev” adına medal və sertifikat ildə bir dəfə olmaqla, erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimlərə, tədqiqatçılara təqdim olunur.
2020-ci ildə isə bu mükafat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunması, münaqişənin beynəlxalq hüquqa söykənmiş muxtariata əsaslanan, müqayisəli hüquqi təhlilini apararaq, çoxtərəfli elmi təhlil edib, beynəlxalq hüquq nöqteyi nəzərdən həlli üçün konkret təkliflər irəli sürdüyünə görə Lund Universitetinin müəllimi, hüquq üzrə elmlər doktoru Kamal Makili-Əliyevə təqdim olundu. Eyni zamanda Kamal Makili-Əliyev Hüquq və İnsan Haqları İnstitutunun “Fəxri Professoru” adına layiq görüldü.

Rəqəmlərdə

  • 232

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ