İnstitutda Qadınlar Şurasının təsis yığıncağı keçirildi

8 may 2018-ci il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda İnstitutun direktor müavini h.ü.e.d. professor Nazim Cəfərli, AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun katibi, f.ü.f.d. Samirə Kadiyeva, İnstitutunun Həmkarlar təşkilatının sədri, şöbə müdiri Leyla Məmmədova və İnstitutun digər əməkdaşları iştirak edirdilər.

İnstitutun direktor müavini h.ü.e.d. professor Nazim Cəfərli ilk öncə İnstitutun kollektivi adından AMEA Qadınlar Şurasının sədri seçilməsi münasibətilə professor Rəna Mirzəzadəni təbrik etdi və iclası açaraq AMEA-da Qadınlar Şurasının təsis olunması təşəbbüsünü yüksək qiymətləndirdi.

Rəna Mirzəzadə isə öz çıxışında AMEA-nın institut və tətəşkilatlarında artıq Qadınlar Şurasının təsis edildiyini və Hüquq və İnsan Haqları İnstitutu da öz Qadınlar Şurasını təsis edərək sədr seçməli olduğunu vurğuladı.

Daha sonra toplantıda təşkilatı məsələlər müzakirə olundu. İlk növbədə İnstitutun Qadınlar Şurası sədrinin seçkiləri keçirildi. İnstitutun direktor müavini h.ü.e.d. professor Nazim Cəfərli təsis olunan İnstitut Qadınlar Şurasının sədri vəzifəsinə, Elmi işlər üzrə direkor müavini, eyni zamanda İnstitut Elmi Şurasının sədr müavini f.e.d. professor Lalə Fərman qızı Əhmədovanın namizədliyini irəli sürdü. Professor N.Cəfərli f.e.d. professor L.Əhmədova barədə geniş məlumat verdi. Digər namizədlər barədə təklif olmadığına görə, professor L.Əhmədovanın namizədliyi toplantının açıq səsverməsinə təqdim edildi. Yığıncaq iştirakçıları yekdilliklə professor L.Əhmədovanın namizədliyinin lehinə səs verdilər.

Daha sonra isə şura üzvləri seçilərək təsdiq olundu və əməkdaşlar öz ürək sözləri ilə çıxış edərək Qadınlar Şurasının gələcək fəaliyyətində uğurlar arzuladılar.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ