“Cinayət Hüququ. Xüsusi Hissə” kitabının təqdimat mərasimi keçirildi

07 noyabr 2019-cu il tarixdə “Hüquq Ədəbiyyatı” ixtisaslaşdırılmış kitab mağazasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ, cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Məhəmməd İmanlının “Cinayət Hüququ. Xüsusi hissə” adlı kitabının təqdimat mərasimi keçirilmisdir.
Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə, professor Xanlar Ələkbərov, professor Aydın Qasımov, h.e.n., Polis Akademiyasının kafedra rəisi, polkovnik Mirəli Hüseynov, BDU-nun professoru Mitəd Qafarov, Təhsil eksperti, f.e.n, dosent Etibar Əliyev, Aysel Kişiyeva, Seymur Əsgərov, h.e.n. , dosent Şəhla Həsənova çıxış edərək dərsliklə bağlı fikirlərini bildiriblər.
M.N.İmanlının hazırladığı bu dərslik cinayət hüququnun xüsusi hissəsinə dair tədris proqramına uyğun yazılmışdır. Müəllif dərsliyi hazırlayarkən problemin nəzəri əsaslarını hərtərəfli öyrənmiş, həm milli, həm də xarici mütəxəssislərin, görkəmli alimlərin zəngin elmi ədəbiyyatlarından kifayət qədər bəhrələnmişdir.
M.N.İmanlı dərsliyi hazırlayarkən problemlərin qoyuluşu və şərhində məntiqi ardıcıllığa riayət etmiş, Azərbaycan Respublikası CM tələblərinə uyğun kifayət qədər aydın və elmi dildə işləmişdir. Dərslik üç hissədən ibarətdir.
Birinci hissədə Azərbaycan Respublikası cinayət hüququnun “Xüsusi hissəsi”nin sistemi, cinayətin tövsifi ilə bağlı məsələlər araşdırılır və cinayət məcəlləsinin xüsusi hissəsinin fəsilləri üzrə bütün cinayət tərkiblərinin cinayət hüquqi xarakteristikası verilir.
İkinci hissədə cinayət məcəlləsinin “Xüsusi hissəsi”nin ayrı-ayrı maddələrində verilmiş konkret cinayət tərkiblərinə aid nümunələr təqdim olunmuşdur.
Üçüncü hissədə cinayət hüququnun “Xüsusi hissəsi” barədə maddələrə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi qərarlarından çıxarış, cinayət məcəlləsinin bəzi normalarının şərhi ilə bağlı Ali Məhkəmə Plenumunun qərarlarından çıxarışlar verilmişdir.
Hesab edirik ki, hazırlanan “Cinayət hüququ. Xüsusi hissə” dərsliyi respublikada hüquqşünas kadrların yeni nəslinin yetişməsi və püxtələşməsi kimi böyük maddi və mənəvi məsrəflərlə bağlı olan, gərgin zəhmət tələb edən mürəkkəb vəzifələrin həllinə köməl edəcəkdir.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ