“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın elmi-nəzəri təhlili” mövzusunda Dəyirmi Masa

18 aprel 2019-cu il tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 03 aprel 2019-cu il tarixli “Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın elmi-nəzəri təhlili” mövzusunda Dəyirmi Masa təşkil olunmusdur.
“Bu Fərman ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə - hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına və bu sahədə islahatların dərinləşəcəyinə böyük ümid yaradır. Bildiyiniz kimi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əsas məqsədi hüquq, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsini təmin etməkdən ibarətdir. Odur ki, məlum sənədin elmi-nəzəri təhlilinə ehtiyac var”. Bu sözləri tədbirin açılış nitqində İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə bildirmişdir.
Qeyd edək ki, ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı Fərmanın giriş hissəsində bildirilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır” kimi fikirlərlə başlamışdır. Bu fərman cənab prezidentin daim xalqın qayğısına qaldığını, ölkənin inkişafı, sahibkarlığın güclənməsi, qeyri neft sektorunun inkişafına, insan kapitalına və bütün sahələrdə islahatların aparılmasına maraqlı olmasının göstəricisidir.
Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun hüquqşünas alimləri məlum Fərmanın icrası ilə bağlı elmi yanaşmanı səsləndirmiş, müvafiq təkliflərini vermişlər. Eyni zamanda səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, nəticə etibarı ilə Fərmanın ölkəmizin taleyüklü məsələlərinin həllində xüsusi önəm daşıyacağına əminliklərini bildirmişlər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrini təmsil edən deputatlar, AR Ədliyə Nazirliyinin Ədliyyə Akademiyasının, AR Baş Prokurorluğun Elm və Tədris Mərkəzinin nümayəndələri və İnstitutun hüquqşünas alimləri, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

Rəqəmlərdə

  • 170

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ