“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarı giriş nitqi ilə İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq, son dövrlərdə əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlığının qorunması, vətəndaşların səhiyyə və tibbi fəaliyyət sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı münasibətlərin sürətli inkişafı, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktullasması nəticəsində İnstitutda Tibb hüququ kursuhazırlanmış və hüquq elminə yeni tövhə verdiyini bildirmişdir. Həmçinin xanım natiq qeyd etmişdir ki, müasir dövrdə tibb hüququ hüququn müstəqil sahəsi kimi formalaşıbvə artıq onun öz tənzimetmə predmeti mövcuddur.Tibb hüququnun tənzimetmə predmetini vətəndaşların sağlamlığının qorunması üzrə fəaliyyətlə yanaşı, tibbi fəaliyyət və tibbi təminat fəaliyyətini təşkil etdiyini bildirmişdir. Eyni zamanda A. Mustafazadə günümüzün aktual məsələlərindən biri olan süni intellekt məsələsinə toxunmuş, institutda hal-hazırda bu istiqamətdə işlər getdiyini və yaxın gələcək üçün təkliflərhazırlanıb Milli Məclisinə təqdim olunacağını vurğulamışdır.
Sonra İnstitutun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə “Tibb hüququnun təcrübədə tətbiqi” mövzusunda çıxış edərək hüquqi məsuliyyət probleminə, eyni zamanda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu həmçinin pasiyentlərin hüquqlarının pozulmasına görə mülkü və maddi məsuliyyət məsələlərinə də toxunmuşdur.O bildirmişdir ki, sağlamlığın qorunması mürəkkəb və çoxcəhətli sosial-hüquqi kateqoriyadır. Ona görə də sağlamlığın qorunması sahəsində yaranan münasibətlər bir çox hüquq sahələrinin normaları ilə tənzimlənir. Təbii ki, bu hüquq sahələri içərisində konstitusiya hüququ xüsusi və əhəmiyyətli yerə malikdir.
“Konstitusiya hüquq sisteminin təməlini təşkil edir. Hüquq sistemimizə yeni daxil olan hüquq sahəsi kimi tibbi hüquq da, ilk növbədə, konstitusiya hüquq sahəsinin sağlamlığın qorunması ilə bağlı müvafiq normalara əsaslanır. Müstəqillik illərində respublikamızda sağlamlığın qorunması hüququnun və bu sahədə fəaliyyətin konstitusion-hüquqi əsasları formalaşmışdır. Tibb hüququnun predmetini ilk növbədə sağlamlığının qorunması və bu hüququn həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil etdiyindən göstərilən əsasları tibb hüququnun konstitusion əsasları kimi xarakterizə etmək olar”. Bu sözləri İnstitutun “Hüquq sahələrinin müqaisəli təhlili” şöbəsinin müdiri, h.ü.f.d Zamiq Aslanov öz çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra “Mülkü hüquq, mülkü proses və sosial-iqtisadi hüquqlar” şöbəsinin aparıcı elmi işçisi Nigar Ağakişiyeva “Palliativ yardım hüququ” mövzusunda çıxış edərək qeyd etmişdir ki, palliativ yardım sağalmaz xəstələrə tibbi-sosial xidmətin göstərilməsi deməkdir.Bu cür yardım həm stosionar, həm də evşəraitində göstərilə bilər. Burada xəstəyə yardım kimi kompleks briqada çalışır-həkim, tibb bacısı, sosial işçi, psixoloq və digər heyət işçiləri. Avropa ölkələrində və ABŞ-da Palliativ yardım mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da palliativ yardıma ehtiyac duyulduğunu və bunun qanunvericilikdəöz əksini tapması məsələsinin məqsədəuyğun olduğunu bildirmişdir.
Sonda “Cinayət hüququ və cinayətprosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq elmlər doktoru Məhəmməd İmanlı “Pilotsuz avtonom nəqliyyat vasitələri nəqliyyat cinayətlərində fenomen kimi” mövzüsu ilə çıxış etmiş, pilotsuz uçan aparatların hərbi kəşfiyyat təyinatlı olmaqla kiberhücumların qarşısının alınmasında istifadə olunduğunu, həmçinin robotlar sinfinə aid olduğunu nəzərə çatdırmışdır. Onların insan üçün potensial təhlükəli olan missiyalarda istifadə olunması üçün nəzərdə tutulduğunu da qeyd etmişdir. Bu dispeçersiz idarə olunan avtonom nəqliyyat vasitələrinin müsbət tərəfləri olduğu kimi mənfi yönləri olduğunu da bildirmişdir. İdarəetmənin sıradan çıxması zamanı baş vermiş qəzalardan kimlərin məsuliyyətli tutulması məsələsi hələ də birtərəfli olaraq qalır.
Sonda müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.

Rəqəmlərdə

  • 165

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ