“Prof. R. Mustafayev” adına medal və sertifikatın təqdim olunması

21 dekabr 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R. Mustafayev”adına medal və sertifikatın təqdim olunma mərasimi keçirilib.
Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1993-cü ildə ilk dəfə respublikada yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, 1998-cu ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə yaradılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. O, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının qurucusu və baş redaktoru kimi fəaliyyət göstərmişdir.
“Prof. R. Mustafayev”adınamedal və sertifikat ildə bir dəfə olmaqla, erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimlərə, tədqiqatçılara təqdim olunur.
2018-ci ildə isə bu mükafat,bir sıra ölkələrin elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarına, Azərbaycan Respublikasının məhkəmə sistemi üçün “Elektron məhkəmə” və “Elektron icra” kimi əhəmiyyətli sistemlərin yaradılmasına, Avropa Şurasının alimləri ilə birgə hazırlanan bir sıra elmi nəşrlərə, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməsinə və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti seçilməsinə, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməsinə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Hüquq” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, Ramin Afat oğlu Qurbanova, eyni zamanda, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə düzgün şəkildə çatdırılmasında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, cinayətkar erməni obrazının açılmasında, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsində göstərdiyi xidmətlərə, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı sənədli filmlərinə və bu sahədə əldə etdiyi nailiyyətlərə görətədqiqatçı Şəlalə Həsənovaya təqdim olunmuşdur.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ