1918-ci il Soyqırımının 101-ci ildönümü anıldı

29 mart 2019-cu il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda AMEA-nın Qadınlar Şurası və İnstitutunun Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, eyni zamanda İnstitutun Qadınlar Təşkilatının sədri, f.e.d., dosent Lalə xanım Əhmədova bildirmişdir ki, işğalçı Ermənistan tərəfindən Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı törədilən terror, soyqırım və təcavüz siyasətinin yüzillərlə əvvəl başlayan bir tarixi mövcuddur. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının 20 faiz torpağının zəbt edildiyini və 1milyondan çox insanın məcburi köçkün olaraq yaşadıqlarını, eyni zamanda illərlə erməni işğalçıları tərəfindən Azərbaycan xalqının vəhşicəsinə etnik təmizləməyə məruz qaldığını vurğulamışdı.
Sonra bir dəqiqəlik sükutla soyqırıma məruz qalmış insanların xatirəsi anılıb.
AMEA-nın Qadınlar Şurasının sədri Rəna Mirzəzadə çıxış edərək, 1918-ci il soyqırımının Bakının azərbaycanlılardan etnik təmizlənməsinə yönəldilmiş bir siyasi terror olduğunu bildirmiş, eyni zamanda Bakı ilə yanaşı ermənilər Naxçıvan, Gəncə, Qarabağ, Zəngəzur, Cavanşir, Şamaxı, Sürməli və digər bölgələrdə də müsəlman əhaliyə qarşı görülməmiş qəddarlıq nümayiş etdirdiyini, xalqımızın başına insanlığa sığmayan vəhşiliklər açdıqlarını bildirmişdir.
Daha sonra İnstitutun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Esmira Orucova “1918-1920-ci illərdə ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan qadınları” mövzusunda çıxış edərək, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri,14 dekabr 1974-cü ildə qəbul olunmuş “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsi ermənilər tərəfindən kobud surətdə pozulduğunu xüsusi qeyd etmişdir.
“Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir”. Bu sözləri öz çıxış nitqində AR Prezidenti yanında İdarəçilik Akademiyasının “Dövlət quruculuğu və hüquq” kafedrasının dosenti h.e.ü.f.d., Asif Qədirov bildirib.
Sonda neft milyonçusu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, Zoologiya İnstitutunun Qadınlar Təşkilatının sədri Yeganə Mahmudova, Radiasiya Problemləri İnstitutunun QT-nin sədri Rəvan Mehdiyeva və Tarix İnstitutunun QT-nin sədri Cəfərova Raisa çıxış edərək bu Azərbaycan xalqının soyqırım dərdinə şərik olmus, erməni işğalçılarının insanlığa sığmayan hərəkətlərinə öz munasibətlərini bildirmişlər.

Rəqəmlərdə

  • 165

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ